“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin Müşahidə Şurasının üzvləri bəllli oldu - SİYAHI

img

21-09-2020 [17:19]


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin Müşahidə Şurasının tərkibibi bəlli olub.

Mia.az xəbər verir ki, 6 nəfərlik Müşahidə Şurasına Hüseynli Vüqar Sabir oğlu, Sadıqov Fuad Həşim oğlu, Hidayətov Fərid Əlihüseyn oğlu, Abbaszadə Eldar Rafail oğlu, Nəsirli Anar Cavanşir oğlu və Səfərov Pərviz Mirrasim oğlu seçiliblər.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ay yaradılıb.

Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR