Düşmən təxribatı: Azərbaycan əsgəri yaralanıb

img

21-09-2020 [15:03]


Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

Xatırladaq ki, sntyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR