Pensiya təyinatı və stajla bağlı dəyişikliklər oldu - DSMF rəsmisi detalları açıqladı
21-09-2020 [13:50]
“Bu il yanvarın 1-dən etibarən sosial müavinətlərin təyin olunması üçün yaş hədləri endirilib. Əvvəlki dövrdə xüsusilə kişilər tələb olunan staj və pensiya kapitalı normalarını yerinə yetirə bilmirdilərsə, 67 yaşı gözləməli idilər, təxminən 2 il bu insanların təminatsız qalma riskləri var idi”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində keçirilən canlı yayımda bildirib.
Onun sözlərinə görə, artıq bu il yanvarın 1-dən etibarən bu kateqoriyadan olan vətəndaşlar tələb olunan staj və pensiya kapitalı normasını yerinə yetirirsə, əmək pensiyası, yerinə yetirmirsə, sosial müavinətlə təmin olunacaq.
A.Məcidov həmçinin qeyd edib ki, təhsil dövrü də artıq staj kimi qəbul edilir:
“Bu, bir yenilikdir, vətəndaşların pensiyalarına dəstəkdir. Artıq vətəndaş diplomu təqdim edib, pensiyasını yenidən hesablatdıra bilər. Qanunvericiliyə müvafiq olaraq 2006-cı ilə kimi vətəndaşların pensiya təminatı haqqında başqa bir qanun var idi. Həmin qanuna əsasən, təhsil müddəti staj kimi qəbul edilirdi. 2006-cı ilə kimi ölkəmizdə kimlər pensiya hüququ əldə edibsə, onların ümumi stajında təhsil müddəti staj kimi qəbul edilib. 2006-cı ildən sonra hazırkı "Əmək pensiyaları haqqında" yeni qanun qüvvəyə minib. Həmin qanunun 21-ci maddəsinə əsasən, burada sığorta stajı müddəti öz əksini tapıb. Son illər nazirlik tərəfindən islahatlar həyata keçirilir.
Təhsil müddəti vətəndaşlar tərəfindən ən çox müraciət edilən məsələlərdən biri olduğu üçün yenə təhsil müddəti əmək pensiyası stajına daxil edilib. Vətəndaşlar 5-6 il əvvəl əmək pensiyası hüququ əldə edibsə və onların təhsil müddəti nəzərə alınmayıbsa, yenidən DSMF-yə müraciət edib həmin müddəti pensiya stajına əlavə etdirə bilərlər. Tutaq ki, vətəndaş 2008-ci ildə əmək pensiyasına çıxıbsa, yenidən müraciət edib təhsil dövrünü də pensiyada hesablatdıra bilər.
Bu gün pensiyanın hesablanmasında minimum hədd 200 manatdır. Yəni 200 manatdan aşağı pensiya alan bütün vətəndaşların pensiyası 200 manata çatdırılır. Şəxs müraciət edir, əgər onun pensiyası 130-140 manatdırsa və ya 170-180 manatdırsa, onun pensiyası 200 manata çatdırılır, yəni dövlət çatışmayan hissəni ona təmin edir. Amma bu, o demək deyil ki, onun hüququ 200 manatlıqdır”/APA.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib