İxtisas seçimi başa çatıb

img

21-09-2020 [10:15]


Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Mia,az xəbər verir ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı. 

Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.

Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, 66380 abituriyent və subbakalavr öz ərizəsini təsdiq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR