Gürcüstanda 200-ə yaxın şəxsdə koronavirus aşkarlandı

img

20-09-2020 [11:42]


Gürcüstanda son 24 saat ərzində daha 196 nəfərə koronavirus diaqnozu qoyulub, 13 pasiyent müalicə olunaraq sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 3 502 nəfərə, sağalanların sayı isə 1 494-ə çatıb. Xəstəlik səbəbindən 19 nəfər dünyasını dəyişib.

Karantində 5 014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır./Report 


Digər xəbərlər
SON XƏBƏRLƏR