Deputat əlil uşaqla bağlı prokuror və nazirə zəng etdi: "Ehtiyacı var, sosial müavinət almır”

img

19-09-2020 [12:17]


“Cavadova Zeynəbin 14 yaşı var. İmişli rayonunun Qaraqaşlı kəndində yaşayır. Valideynləri ilə çətin söhbətimiz oldu. Uşağın ehtiyacı olduğuna rəğmən, sosial müavinət almır, əlilliyi müəyyən edilməyib. Nə hərəkət edə bilir, nə də danışa. Şok oldum ki, bu günə qədər bu məsələ həll edilməyib. Valideynləri deyir ki, hər yerə getmişik, amma yox deyiblər. Əslində isə, onlar heç yerə müraciət etməyiblər”.

Mia.az xəbər verir ki, bu sözləri İmişlidə sakinlərlə görüşən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat məsələnin araşdırılacağını bildirib:

“O qədər pis oldum ki, İmişlinin prokuroruna zəng etdim ki, məsələni araşdırsın. Cinayət əməli varsa, ortaya çıxsın. Şübhələrim təsdiq olundu. Heç yerə müraciət etməyiblər. Çünki bu anadangəlmə əlildir, necə ola bilər ki, əlilliyi təyin edilməsin. Prokuror Valeh müəllim də onu düzgün təlimatlandırıb, doğru ünvana göndərib, sağ olsun. Köməkçim də məşğuldur.

İnanın ki, o qədər təsirlənmişdim ki, cənab nazir Sahil Babayevə də zəng etdim. Gözəl də söhbətimiz oldu".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq