Azərbaycanda daha 117 nəfər koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi - Qərargah son məlumatı yaydı

Azərbaycanda daha 117 nəfər koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi - Qərargah son məlumatı yaydı

GÜNDƏM

18.09.2020, 15:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib: İndiyədək ölkədə ümumilikdə 38 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1 898-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 898, bu günə qədər isə ümumilikdə 1 041 184 test icra olunub".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR