Bərdədə şok hadisə: qadını videosu ilə şantaj edən şəxs saxlanıldı

img

18-09-2020 [13:16]


Bərdə rayonunda qadından şantajla pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən Mia.az-a verilən  məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1 000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:22 26.10.2020

Şamaxıda zəlzələ oldu