“Instagram” canlı yayımında yeniyetməni döyən qızların məhkəməsi başlayıb

img

18-09-2020 [12:19]


“Instagram”da canlı yayım zamanı yeniyetməyə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən qızların məhkəməsi başlayır.

Məlumata görə, cinayət işi Xətai Rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədrliyi ilə araşdırılır.

Hazırlıq iclası sentyabrın 24-də davam edəcək.

Qeyd edək ki, hadisə mayın 14-də Xətai rayonu, Vunq Tau küçəsində baş verib.

16 yaşlı yeniyetmə qız Z.M-ni naməlum şəxslər xuliqanlıq zəminində döyüblər. Həmin görüntülər onlara məxsus “Instagram” hesablarında onlayn formada yayımlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetməyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən eidlib.

İmişli rayon sakini, 2002-ci təvəllüdlü Yeganə Əzimli, Bakı şəhər sakini,  2001-ci il təvəllüdlü Günel Qədirli və 2002-ci təvəllüdlü  Astara rayon sakini Safiya Quliyevaya Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsilə ittiham verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR