Tofiq Yaqublu barəsindəki hökm Apellyasiya Məhkəməsinə göndərilib

img

17-09-2020 [16:49]


Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Mia.az xəbər veirr ki, bu barədə “Report“a vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim dilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 16 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:08 23.11.2020

Zelenski sağalıb