Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb
17-09-2020 [13:40]
Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb.
Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfirliyin 10 sentyabr tarixli məlumatına əlavə olaraq bildiririk ki, cari ilin 23-24 iyul tarixlərində Moskva şəhərində baş vermiş məlum iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşlarının vəziyyəti Səfirliyin diqqəti mərkəzindədir. Belə ki, 15 sentyabr tarixində Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 18.10.1989-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Elçin İsgəndər oğlu, 16 sentyabr tarixində isə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan Azərbaycan Respublikasının vətəndaşı, 11.02.1985-ci il təvəllüdlü Ələkbərov Elvin Alxas oğlu və Rusiya Federasiyasının vətəndaşları: 14.06.1988-ci il təvəllüdlü Qiyasov Ceyhun Nadir oğlu, 12.08.1981-ci il təvəllüdlü İsmayılov Taleh Mustafa oğlu və 01.11.1985-ci il təvəllüdlü Qafarov Ələkbər Asəf oğlu ilə konsulluq görüşü keçiriblər.
Görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını vurğulayıblar. Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilib ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, lazımı hüquqi yardım göstəriləcəkdir və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.
Həmçinin 16 sentyabr tarixində konsulluğun birinci katibi Rövşən Axundov Azərbaycan Respublikasının vətəndaşı, 18.10.1989-cu il təvəllüdlü Məmmədov Elçin İsgəndər oğlu, eləcə də, məlum hadisələr zamanı saxlanılmış Rusiya Federasiyasının vətəndaşları, soydaşlarımız, 29.09.1983-cü il təvəllüdlü Zeynalov Natiq Vəli oğlu, 24.03.1986-cı il təvəllüdlü Möclümov Asif Qurban oğlu və 26.03.1987-ci il təvəllüdlü Dibirov Rəşad Ramazan oğlunun Moskva şəhərinin Troitsk rayon məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak edib. Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın 24.10.2020-ci il tarixinədək uzadıldığına istinad edərək həmin vaxta qədər həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırıb. Federal hakimlər Rojkov Anatoli Vladimiroviç və Zaycev Roman Yevgeniyeviçin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edib və onlar məhkəmə zalından buraxıb.
Lakin, ibtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb. Qeyd etmək lazımdır ki, hakim Anatoli Vladimiroviç Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırıb ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin, bununla belə Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir”, - deyə Səfirliyinin məlumatında vurğulanıb/APA.
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib