DİM bu ixtisasları bitirən subbakalavrlara müraciət edib - CƏDVƏL 

img

17-09-2020 [12:23]


Dövlət İmtahan Mərkəzi “Laboratoriya diaqnostikası” və “Tibbi profilaktika” ixtisaslarını bitirən subbakalavrlara müraciət edib. 

DİM-dən Mia.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının “Subbakalavr” xüsusi buraxılışında “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı İxtisas Uyğunluğu Cədvəli”ndə texniki səbəblərdən səhifə 28-də “Laboratoriya diaqnostikası” və “Tibbi profilaktika” ixtisaslarına uyğun olan bakalavriat ixtisasları göstərilməyib.

Bu ixtisaslar üzrə uyğunluq cədvəlini təqdim edirik:

Orta ixtisas təhsili pilləsinin ixtisaslarının (proqramlarının) şifri və adı

(Nazirlər Kabinetinin 27.01.1997-ci il tarixli, 9 nömrəli və 19.01.2010-cu il tarixli 11 nömrəli qərarlarına uyğun)

Bakalavriat ixtisaslarının (proqramlarının)
şifri və adı

(Nazirlər Kabinetinin 11.02.2019-cu il tarixli
45 nömrəli qərarına uyğun)

40709

Laboratoriya diaqnostikası

050902

050501

050502

050504

İctimai səhiyyə

Biologiya

Biotexnologiya

Ekologiya

40704

Tibbi profilaktika

TT 240101

Laboratoriya diaqnostikası

050902

İctimai səhiyyə

HS 190301

Tibbi profilaktika

 


Digər xəbərlər
SON XƏBƏRLƏR