Astarada naməlum şəxslər evə basqın etdi: yaralılar var

img

17-09-2020 [10:00]


Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

Hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub. Bunlar, Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir. Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA