"Azəriqaz"ın Baş direktoru ona yeni vəzifə verdi

img

16-09-2020 [14:38]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

“Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyevin əmri ilə Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib.

R.Cavadov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov isə bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR