Deputatların mandatına xitam verilməsi... - DETALLAR

img

16-09-2020 [13:25]


Milli Məclisin İntizam komissiyasının iclaslarının keçirilməsi qaydası müəyyənləşib.

Mia.az xəbər verir ki, bu barədə İntizam komissiyasının Əsasnamə layihəsi qeyd edilib.

Əsasnaməyə görə, İntizam komissiyasının iclasları ayda iki dəfədən az olmayaraq keçirilməlidir. İntizam komissiyasının iclasının gününü və gündəliyini komissiyanın sədri təyin edir. İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir..

Əsasnaməyə görə, barəsində araşdırma aparılan deputatın vəzifələri aşağıdakılardır:

- İntizam komissiyasının çağırışı ilə gəlmək;

- İntizam komissiyasının üzvlərinin suallarını cavablandırmaq;

- Müvafiq sahədə “Milli Məclisin deputatının statusu haqqında”, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, Daxili Nizamnamədə və bu əsasnamədə göstərilən digər vəzifələri yerinə yetirmək;

- Barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılan məsələlərlə əlaqədar keçirilən Milli Məclisin iclasında iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır;

- Etik davranış qaydalarını ilk dəfə pozan deputat yol verdiyi pozuntunu etiraf etdikdə, səmimi peşmanlıq və bu barədə yazılı üzrxahlıq təqdim etdikdə məsuliyyətə cəlb olunmaya bilər.

Bundan əlavə, İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi haqqında Azərbaycan Respublikasının Baş Prokurorunun təqdimatına ən geci 3 iş günü müddətində baxılacaq.

Layihəyə əsasən, eyni zamanda İntizam Komissiyası tərəfindən Milli Məclisin sədrinin göndərişi əsasında Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar (Azərbaycan Respublikası konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndinə 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda) məsələyə 2 həftə müddətində baxılması nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR