Vəkili Toqif Yaqublu ilə görüşdü: "Maye qəbulundan da imtina edəcək"

img

16-09-2020 [13:15]


Müsavat Partiyasının fəalı Toqif Yaqublunun vəkili Aqil Layic onunla görüşüb. 

Mia.az xəbər verir ki, Aqil Layic Tofiq Yaqublunun durumunun kritik olduğunu bildirib.

Vəkilin sözlərinə görə, müvəkkili artıq maye qəbulundan da imtina etmək niyyətindədir: “Tofiq Yaqublu bildridi ki, ona qarşı ittihamlar geri götürülməyəcəyi təqdirdə, maye qəbulundan da imtina edəcək. Bu barədə o, həkiminə və Penitensiar Xidmətin əməkdaşlarına bu barədə məlumat verib”.

Tofiq Yaqublunun qızı Nigar Həzi isə deyib ki, artıq atasının gözləri zəifləyib: “Həkim Adil Qeybulla bildirdi ki, həkim nəzarətində olsa da, heç bir qida, yaxud qida tərkibli pereparatlar qəbul etmir. Bu isə onun səhhətinə ciddi təsir göstərir. Komaya düşmək təhlükəsi hələ də qalır”.

Tofiq Yaqublunun qızı əlavə edib ki, atası aksiyanı davam etməkdə israrlıdır: “Bizim çağırışlarımızın da faydası olmayacaq. Çünki o, aksiyanı dayandırmaq niyyətində deyil. Bildirib ki, sona qədər aclığı davam etdirəcək”


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR