Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
15-09-2020 [15:14]
Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
Mia.az MM-ə istinadla xəbər verir ki, komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibətilə həmkarlarını təbrik edib və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.
Bildirilib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib. İclaslarda “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi rejimin tətbiqi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Baytarlıq haqqında” və “Yeyinti məhsulları haqqında” qanunlarda, həmçinin, Torpaq Məcəlləsində, Mülki və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirədən keçirilərək Milli Məclisə tövsiyə edilib.
Qeyd olunub ki, ötən dövrdə komitədə ölkəmiz üçün çox vacib məsələ olan su ehtiyatlarının idarə olunmasına, bu sahədə mövcud problemlərin həllinə həsr olunmuş geniştərkibli parlament dinləmələri keçirilib. “Azərsu” ASC rəhbərliyinin və digər aidiyyəti qurumların nümayəndələrinin qatıldığı tədbirdə su sektorundakı mövcud problemlər, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə məsələlərə ətraflı nəzər salınıb, Su Məcəlləsinin yenidən işlənməsinin vacibliyi vurğulanıb.
Sadiq Qurbanov qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə üzvləri seçicilərlə çoxsaylı görüşlər keçirib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi barədə sənədlərin müzakirəsi daxil edilib. Komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilərək hazırlanması, komitənin əhatə etdiyi sahələrlə bağlı yerlərdə maarifləndirici tədbirlərin təşkili də görüləcək işlərin sırasına daxildir. Müzakirələrdən sonra qanunvericilik işləri planı təsdiq edilib.
Komitəni toplantısında cari məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Deputatlardan Asim Mollazadə, Afət Həsənova, İltimas Yusifov, Fatma Yıldırım, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov nef istehsalı və emalı zamanı yaranan qrunt sularına texnoloji proseslərə uyğun şəkildə nəzarət olunması, bölgələrdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaran məişət tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması, məktəblilər arasında ətraf mühitə münasibətin daha da yaxşılaşdırılması üçün Təhsil Nazirliyi ilə birlikdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın işlənib hazırlanması, su və təbii qaz təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildiriblər, faydalı təkliflər səsləndiriblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb