"ASAN-Xidmət"in aparat rəhbəri Dövlət Xidmətində müavin oldu - Nazir əvəzindən növbəti təyinat

img

15-09-2020 [10:41]


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyinat olub. 

Mədəniyyət Nazirliyindən Mia.az-averilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə Azad Məhyəddin oğlu Cəfərli təyin olunub.

Bildirilib ki, Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR