Ombudsman: "Tofiq Yaqublu qida qəbul etmir, onun səhhəti..."

img

14-09-2020 [19:04]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında 14.09.2020-ci il tarixdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulundan imtina etməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüş Tofiq Yaqubluya baş çəkilib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırılıb.

Ombusman Aparatından Mia.az-a bildirilib ki, görüş zamanı T.Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də  müzakirə olunub: "Tofiq Yaqublu hazırda da qida qəbul etmir. Onun səhhətinin stabil və həkim nəzarətində olduğu müşahidə edilib. Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır".


Digər xəbərlər
SON XƏBƏRLƏR