Putin Lukaşenko ilə görüşdü: "Biz razılaşdıq ki..."

img

14-09-2020 [17:48]


“Rusiya Belarusa 1,5 mlrd. dollar həcmində kredit verəcək”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.

"Biz razılaşdıq ki, Rusiya Belarusa bu çətin anında 1,5 mlrd dollar həcmində dövlət krediti versin. Biz bunu icra edəcəyik. Hazırda bildiyim qədəri ilə maliyyə nazirlərimiz bu barədə professional səviyyədə iş aparırlar”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, bu gün Soçidə Rusiya və Belarus prezidentləri arasında danışıqlar aparılıb. Təkbətək formatda keçirilən danışıqlardan sonra prezidentlər mətbuat önündə çıxış ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR