Ermənistanda daha 107 nəfərdə koronavirus aşkarlanıb

img

14-09-2020 [10:57]


Ermənistanda daha 107 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 969-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 919-ə çatıb. İndiyədək 41 693 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 075 aktiv koronavirus xəstəsi var./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR