Yunanıstan hökuməti DESFA-nın TAP-a qoşulmasının detallarını açıqladı
12-09-2020 [15:38]
İtaliyanın “Snam A.G.” şirkətinin 66% paya sahib olduğu Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA ölkənin Şimalındakı Aleksandropolis LNG terminalına beşinci səhmdar olaraq daxil olmaq istəyir.
Bu barədə Yunanıstanın Ətraf Mühit və Energetika naziri Costis Hatzidakis Cənub-Şərqi Energetika forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, səhmdar müqaviləsi ilə bağlı razılıq bir neçə günə əldə edilməsi gözlənilir: “Layihəyə maraq 15 il müddətinə 12 treyder tərəfindən ötürüləcək qazın əvvəlcədən rezervləşdirilməsi ilə bağlıdır və onun tam işə salınması 2022-ci ilin sonuna və ya 2023-cü ilin əvvəlində nəzərdə tutulur”.
Qeyd edək ki, “Snam” TAP-da 20%-lik paya malikdir.
Xatırladaq ki, DESFA-dakı mənbə “Reuters”ə bildirmişdi ki, DESFA Aleksandropolis LNG layihəsinin 20%-lik hissəyə sahib olmaq niyyətindədir. Mənbənin sözlərinə görə, üzən terminal Avropa Komissiyasının ümumi maraqlar layihəsinə uyğun gəlir və onun illik həcmi 6 mlrd kubmetr, dəyəri isə 380 mln avro və ya yaxud 448 mln ABŞ dolları təşkil edəcək. Yunan suları Türkiyə sərhədlərinə yaxındır və bu, ərazidə olan başqa boru kəmərləri sistemlərindən qidalanmağa şərait yaradacaq. Həmçinin buraya Trans-Adriatik Boru Kəməri (TAP) da daxildir.
Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır/Report.
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək