Kamran Əliyev AzTV-nin keçmiş sədrinin oğlunu işdən çıxardı - Yeni təyinat

img

12-09-2020 [11:44]


Baş prokurorluqda növbəti kadr dəyişikliyi baş verib.

Məlumata görə, Xətai rayon prokurorunun müavini Nazim Nizami oğlu Xudiyev baş prokurorun əmri ilə tutduğu vəzifədən çıxarılıb və sərəncama götürülüb.  

Onun yerinə isə 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunmuş Şükran Nürəddin oğlu Məmmədov təyin edilib. 

Xatırladaq ki, Nazim Xudiyev AzTV-nin keçmiş sədri Nizami Xudiyevin oğlu, Penitensiar Xidmətin keçmiş rəis müavini Hüseyn Əlixanovun isə kürəkənidir/Unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR