Ceyhun Bayramov Misir səfiri ilə müzakirə aparıb - FOTO
11-09-2020 [22:00]
Xarici İşlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi qəbul edib.
Mia.az XİN-ə istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycan və Misir arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.
Misir səfiri Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və naziri Misirə rəsmi səfərə dəvət edib.
Tərəflər iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiyadan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Görüşdə nazir Misir səfirinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri, Ermənistanın davam edən təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi sonuncu hərbi təxribatı, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti və bu yolla münaqişənin həlinə, eləcə də azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına maneə törətdiyi barədə ətraflı məlumat verib. Misir Ərəb Respublikası da daxil olmaqla, beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələrin müddəalarına, xüsusilə də BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin zəruriliyi vurğulanıb.
Misir səfiri Adel İbrahim öz növbəsində, Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub