"Qafqaz-2020": Rusiya Azərbaycanı da hərbi təlimə dəvət etdi

img

11-09-2020 [17:52]


Rusiya “Qafqaz-2020” strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün 7 ölkədən, o cümlədən Azərbaycandan hərbçilər dəvət edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.

“Xəzər dənizi akvatoriyasında təlim epizodlarının həyata keçirilməsi üçün Azərbaycan və İran dəvət edilib”, - A.Fomin xarici hərbi attaşelər üçün keçirilən brifinqdə söyləyib.

O, təlimlərin iki mərhələdə aparılacağını qeyd edib. Birinci mərhələdə hərbi idarəetmə orqanları şərti hərbi-siyasi vəziyyətdə hərbi əməliyyatları planlaşdıracaqlar. İkinci mərhələdə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları keçirməsi planlaşdırılır.

Təlimlər sentyabrın 21-dən 26-dək keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR