"Bu, hansı məntiqə sığır?!" - Sabiq nazirin nümayəndəsi açıqlama yaydı
11-09-2020 [17:29]
“Bu gün bəzi internet informasiya vasitələrində keçmiş Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun adından istifadə etməklə süni şəkildə oxucu kütləsi yığmaq və “şok effekti” yaratmaq məqsədi ilə başlığı ilə məzmunu arasında heç bir əlaqəsi olmayan əsassız məlumatlar yayılıb”.
Mia.az xəbər verir ki, bu açılqlama ilə keçmiş nazir Hüseynqulu Bağırovun hüquqi təmsilçisi Anar Rzayev çıxış edib.
O, bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları – Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə bu gün keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən İlqar Hacıyev dövlətə vurduğu ziyanı ödədəyini və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etdiyi halda, bəzi kütləvi informasiya vasitələri bunu öz yazılarının başlığında "keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi" olaraq göstərib, beləliklə də mətnin məzmunu ilə başlığı arasında yerlə göy qədər fərq olan bir yazı ortaya çıxıb:
“Kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqəti əks etdirmədiyini, deyilənlərin qarayaxma və şər-böhtan olduğunu ictimaiyyətin nəzərinə çatdırmaqla bildirmək istəyirik ki, keçmiş nazirin vəzifədən azad edildiyi tarixdən (2018-ci ilin aprel ayı) sonra (2018-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları) törədilmiş cinayət əməllərinə görə özünü məsuliyyətdən kənarda qoymağa çalışan və bu məqsədlə də Hüseynqulu Bağırovu ağır cinayətlərdə ittiham edən, bu günki gündə dövlətə vurduğu ziyanı ödəyən İlqar Hacıyev barəsində H.Bağırov tərəfindən 07 sentyabr 2020-ci il tarixində xüsusi ittiham qaydasında şikayətlə Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir.
İş üzrə təqsirləndirilən İ.Hacıyev isə dövlətə vurduğu ziyanı məhz sabiq nazir H.Bağırov tərəfindən onun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edildikdən sonra ödəmişdir. Belə olduğu təqdirdə, həqiqətləri təhrif etməklə, məqalənin məzmunu ilə başlığını əlaqələndirə bilməyən jurnalistlərə sual olunur: əgər dövlətə vurulmuş ziyan sabiq nazir tərəfindən ödənilirdisə o halda niyə sabiq nazir onu hansısa cinayətlərdə ittiham edən İ.Hacıyevi xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə vermişdir?! Barəsində böhtan dolu ittihamlar irəli sürülmüş sabiq nazir bu ittihamları səsləndirən İ.Hacıyevin barəsində xüsusi ittiham qaydasında cinayət işinin açılmasına dair şikayətlə məhkəməyə müraciət etdikdən sonra həmin şəxsin dövlətə vurduğu ziyanı ödəməsi hansı məntiqə sığır?!
Bir daha kütləvi informasiya vasitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra oxucu kütləsi yığmaq məqsədi ilə əsassız şəkildə məqalənin başlığında keçmiş nazir H.Bağırovun adını hallandırmaqla xal qazanmağa çalışan internet informasiya vasitələri barəsində müvafiq tələblə aidiyyəti məhkəməyə müraciət ediləcəkdir”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb