PA-nın şöbə müdiri Rufiz Qonaqovla görüşdü: nələr müzakirə olunub?
11-09-2020 [17:22]
Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə politoloq, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov arasında görüş keçirilib.
Mia.az xəbər verir ki, görüşdə ölkədə aparılan islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirilməsi və digər ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Son 5 ay ərzində 10 siyasi partiyanın Qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, həmçinin 6 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması və bu xüsusda Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə yüksəlməsi, eyni zamanda, müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin vəzifəsində qadının, sədr müavini vəzifələrinin birinə isə müxalif partiyanın nümayəndəsinin seçilməsi, bundan əlavə bütün müxalif siyasi partiyaların Milli Məclis komitələrinin rəhbərliyində təmsil olunması faktları ölkənin siyasi həyatında xüsusi önəm kəsb etdiyi qeyd olunub.
Görüş zamanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı, 28 may Müstəqillik günü və Qurban bayramı münasibəti ilə təbrik etməsi iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin başlanmasının əyani sübutu olduğu vurğulanmışdır.
Eyni zamanda, REAL partiyasının sədri İlqar Məmmədova və Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi müsbət hal olaraq qeyd edilmişdir.
Bununla yanaşı, son vaxtlar ölkədə rüşvətxorluğa və digər korrupsiya hallarına qarşı mübarizə istiqamətində görülən işlər və bu çərçivədə dövlət orqanlarında yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktları yüksək qiymətləndirilib.
Həmçinin “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarət mexanizmlərinin gücləndirilməsi və siyasi partiyaların maliyyə hesabatlılığı məsələləri barədə müzakirə aparılıb.
Bundan əlavə, Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirə salınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, infeksiyaya yoluxmuş siyasi partiya rəhbərləri və sıravi üzvlərinin xəstəxanalara yerləşdirilməsində köməklik göstərilməsi və onların vəziyyətinin nəzarətdə saxlanılması bir daha ölkə rəhbərinin hər bir vətəndaşa olan qayğısının və Prezident İlham Əliyevin hər bir vətəndaşın prezidenti olduğunun göstəricisi kimi dəyərləndirilib.
Vətəndaş cəmiyyətinin önəmli hissəsi olan, QHT və siyasi partiyaların ölkədə həyata keçirilən islahatlara dəstək verilməsində, xüsusilə dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətdə fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilmiş və yeni siyasi konfiqurasiyanın təzahürü olduğu qeyd edilib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub