Nazirlik rəsmisindən dərslərlə bağlı açıqlama: “Xüsusi dərs cədvəli hazırlanacaq, hər partada bir şagird əyləşəcək"

img

11-09-2020 [16:39]


“Adi məktəblərə 26-36 kvadratlıq sinif otaqları var. Böyük kvadratlıq siniflər isə qruplara bölünəcək”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, şagird sayı sinif otağının həcmindən asılıdır: “Hər partada bir şagird əyləşəcək. 48 şagird heyəti olan sinifdə 24 nəfərə dərs keçiləcək. Bu da o deməkdir ki, hər partada bir şagird otura biləcək. Həmin qruplar üçün də xüsusi dərs cədvəli hazırlanacaq”

O əıavə edib ki, uyğunlaşdırılmış tədris planı hazırlanaraq yerlərə göndərilib: "Fiziki tərbiyə fənni onlayn qaydada keçiriləcək: “İstənilən fənnin istənilən yerdə keçirilməsi mümkündür. Yəni müəllimin mütləq məktəbə gəlməsi məcburi deyil”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR