Rəsmi Ankaradan Avropa İttifaqna - Etiraz 

img

11-09-2020 [15:31]


“10 sentyabr 2020-ci tarixdə Fransa, İtaliya, İspaniya, Malta, Portuqaliya, Yunanıstan və Cənubi Kipr Respublikasının iştirakı ilə keçirilmiş Avropa İttifaqı Cənubi Avropa Ölkələrinin Altıncı Zirvəsinin (Med7) yekunun qəbul edilmiş birgə bəyanatda Şərqi Aralıq dənizi və Kipr məsələsi ilə bağlı ifadələr qərəzlidir, reallıqdan uzaqdır və əsassızdır”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bəyanata münasibət bildirərkən deyib.

Sözçü Yunanıstanı beynəlxalq hüququn prinsiplərinə əməl etməyə çağırıb: “Yunanıstan gərginliyi azaltmaq üçün “Oruç Reis” tədqiqat gəmimiz ətrafındakı hərbi gəmilərini geri çəkməli, NATO-nun parçalanma təşəbbüsünü dəstəkləməməli, Meis adası da daxil olmaqla Şərqi Egey adalarını silahlandırmaqdan imtina etməli və Qərbi Trakyadakı türk azlığı üzərində artan təzyiqlərinə son qoymalıdır”.

Türkiyənin Şərqi Aralıq dənizində ən uzun sahili olduğunu vurğulayan H. Aksoy ölkəsinin bu məsələdə dialoq tərəfdarı olduğunu bir daha xatırladıb, Yunanıstanın tez bir zamanda danışıqlar masasına gəlməsinin vacib olduğunu qeyd edib.

Bəyanatı imzalayan digər ölkələri isə Aİ müddəalarına zidd addımlardan geri çəkilməyə və obyektiv olmağa dəvət edib: “Bu ölkələr həmrəylik adı altında kortəbii olaraq yürütdükləri birtərəfli və qərəzli davranışlardan geri çəkilməlidir. Haqsızla həmrəylik yanlış yoldur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR