"Bu, sizə lazım deyilsə, yazmayın" - DİM sədrindən ixtisas seçimi ilə bağlı xəbərdarlıq

img

11-09-2020 [13:04]


“500-dən aşağı bal toplayanların hüquq ixtisasına qəbul olma şansı azdır. Naxçıvan Dövlət Universitetində, Dövlət İdarəçilik Akademiyası və ADA-da da hüquq fakültələri var”. 

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. 

Onun sözlərinə görə, ən yüksək keçid balı ingilis dilində olan hüquq fakültəsindədir: “BDU-da hüquqşünas ixtisası üçün 20 qiyabi, 300 əyani yer var. III qrup üzrə 620-dən yuxarı bal toplayan 308 nəfər var, ehtimal yüksəkdir ki, onlar hüquqa daxil olsunlar. Bir məsələ də budur ki, DTX-nın Akademiyası  və Polis Akademiyasına III qrupda kifayət qədər qəbul olan var, ötən il keçid balları 500 baldan yuxarı olub. III qrupda 610 baldan yuxarı bal toplayan 406 nəfər, 600 baldan yuxarı bal qazanan  555 nəfər var. Hər halda 600 baldan yuxarı nəticə göstərən hər kəsin hüquqşünaslığa dövlət sifarişli yerlərə qəbul olmaq şansı var”. 

M. Abbaszadə bildirib ki, Polis Akademiyasına qəbul üçün imtahanlarda iştirak edib qəbul olanların əmrləri artıq göndərilib. Ona görə də ixtisas seçimi müsabiqəsində iştirak etmirlər. Bu, Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul olan abituriyentlərə də aiddir. Eyni zamanda Moskva Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olanlar da ümumi müsabiqədən çıxarılacaq/APA.

DİM sədri deyib ki, istəmədiyiniz ali məktəbi yazıb, kiminsə yerini tutmayın: "Ətrafda olanları da fikirləşin, bu, sizə lazım deyilsə, yazmayın". 

Məleykə Abbaszadənin sözlərinə görə, az bal toplayanlar 11 illik bazadan kollecləri seçə bilərlər:“Ali məktəblərə ixtisas seçimi bitəndən sonra orta ixtisas təhsili müəssisələrinə də ixtisas seçimi başlayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR