Məleykə Abbaszadə: "Müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur"

img

11-09-2020 [12:21]


“Çox adam deyir ki, pandemiya şəraitində məşğul olmuşuq, müsabiqə şərtlərini aşağı salın. Müsabiqə şərtlərini aşağı salmağa heç bir ehtiyac yoxdur. III qrupda kifayət qədər yüksək nəticə göstərən uşaqlar var. Onlar da pandemiya şəraitində hazırlaşıblar”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, müəyyən kənd və regionların məktəbləri yüksək nəticə göstərib: “Bu ilin mediana göstəricini bütün imtahan verənlərin tam yarısına bölsək, görərik ki, orta nəticə bu il 303,74 baldır, keçən il 297,21 olub. İmtahan verənlərin yarısı 303 bal toplayıb. Bu il III qrupda 21410 nəfər imtahan verib. Builki qəbulda III ixtisas qrupunda kifayət qədər yüksək müsabiqə formalaşacaq. Plan yerlərinin sayı da təsir göstərir, III qrupda bu il 1015 plan yeri artıb, bu da 9% artım deməkdir. Dövlət sifarişli yerlər də 4256-dir. Onlardan 30-u Moskva Dövlət Universitetindədir”/APA

DİM sədri deyib ki, bu il III qrupda Azərbaycan və rus bölməsində 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı 555 nəfərdir, bu, çox yüksək rəqəmdir.

Onun sözlərinə görə, bu abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyllidir: “Bunların arasında hüquqşünaslığa getmək istəyənlər ödənişlini də seçə bilərlər. Keçən il hüquqşünaslıq (tədris ingilis dilində) üzrə keçid balı 650,4 bal,  hüquqşünaslıq Dövlət İdarəçilik Akademiyasında 640,9 bal idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR