Yeni icra başçısı iki müavini, memarı və köməkçini vəzifədən azad etdi

img

10-09-2020 [19:30]


Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib.

Mia.az “Unikal.org”a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.

Mia.az-ın məlumatına görə, Yusifəli adlı rayon İH-nin memarlıq və təsərrüfat şöbəsinin müdiri də vəzifəsindən çıxarılıb.

Onların yerinə hələlik təyinat yoxdur.

Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR