UEFA Türkiyə klubuna transfer qadağasını qaldırdı

img

10-09-2020 [18:03]


Türkiyə klubu “Ankaragücü”nün transfer qadağası ləğv olunub.

Mia.az-ın məlumatına görə, bunu paytaxt təmsilçisinin prezidenti Fatih Mərt açıqlayıb.

O bildirib ki, transfer qadağasına səbəb olan futbolçuların borcları ödənilib. Bu da UEFA-nın cəzanı ləğv etməsinə şərait yaradıb.

“Transfer həyata keçirmək üçün artıq heç bir problemimiz yoxdur. Anlaşdığımız oyunçuları qeydiyyatdan keçirmək üçün müraciət ünvanlamağa başlamışıq”, - deyə Fatih Mərt bildirib.

Qeyd edək ki, “Ankaragücü” Super Liqanın 1-ci turunda sentyabrın 13-də “Ərzurumspor”u qəbul edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR