Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxdu, 1 nəfər vəfat etdi - Qərargah son məlumatı yaydı

img

10-09-2020 [16:12]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 37 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, 2 049 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, bu günə qədər isə ümumilikdə 988 268 test icra olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub