Dövlət Agentliyinin sabiq direktorunun şirkəti 50 min dollar cərimələnib

img

10-09-2020 [14:36]


 “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi 50 min ABŞ dolları məbləğində cərimə edilib. 

Mia.az “Report”a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi Mərkəzi Bankın tərtib etdiyi inzibati protokola əsasən qərar çıxarıb. 

Mərkəz İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. 

Qərardan “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İsmayılov Asif Möhsüm oğlu tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi tikinti-layihələndirmə fəaliyyəti ilə məşğul olur. 
Mərkəzin Müşahidə Şurasının sədri Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR