"Mənim və qardaşım Ziya Məmmədovun adıçəkilən MMC-yə heç bir bağlılğı yoxdur" - Sabiq deputat

img

10-09-2020 [13:56]


Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Elton Məmmədov yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

"Bu şirkətin mənimlə və ailəmizlə heç bir əlaqəsi yoxdur. “Bakı-XXI Əsr” MMC-ni və rəhbərini tanımıram. Əgər deyilənlər doğru olsaydı həmin şirkət bizim adımıza qeydiyyatdan keçərdi. Mənim və qardaşım Ziya Məmmədovun adıçəkilən MMC-yə heç bir bağlılğı yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR