Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsindən getdi

img

10-09-2020 [13:47]


Milli Məclis sədrinin müavini Adil Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsindən gedib.

Mia.az xəbər verir ki, o, bununla bağlı "Facebook" səhifəsində məlumat yayıb.

Deputat bildirib ki, AKF-nın İdarə Heyyətinin onlayın iclası keçirilib:

"Əziz dostlar, Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi oldu. Sentyabrın 7-də federasiyanın idarə heyətinin onlayn iclası keçirildi. İdarə heyətinin qərarına əsasən, Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.

Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir. Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir. Məni federasiyanın fəxri prezidenti seçdikləri üçün idarə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm"


Digər xəbərlər
SON XƏBƏRLƏR