Gürcüstanda daha 57 nəfər koronavirusa yoluxub

img

10-09-2020 [10:05]


Gürcüstanda son sutkada daha 57 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 9 pasiyent sağalıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 830 nəfərə, sağalanların sayı isə 1 334-ə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19, aktiv koronavirus xəstələrinin sayı isə 451 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 5 882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR