Çempionlar Liqası: “Qarabağ”-“Molde” oyunu Kiprdə olacaq

img

09-09-2020 [20:08]


Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın “Molde” ilə matçı Kiprin Larnaka şəhərində keçiriləcək.

Klubdan Mia.az-a verilən məlumata görə, Larnaka stadionunda baş tutacaq matç sentyabrın 16-sı, Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, püşk nəticəsində oyunun Azərbaycanda keçirilməsi nəzərdə tutulsa da, “Molde” Norveçdə tətbiq olunan karantin qaydalarını əsas gətirərək, ölkəmizə gəlməkdən imtina edib. UEFA isə matçın neytral meydanda keçirilməsinə qərar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR