Tusk: "Tixanovskaya və onun həyat yoldaşına Nobel verilsin"

img

09-09-2020 [18:06]


Avropa İttifaqı (Aİ) Şurasının eks-prezidenti, Avropa Parlamentindəki ən böyük partiya Avropa Xalqları Partiyasının Prezidenti Donald Tusk Belarusun müxalifət lideri Svetlana Tixanovskaya və onun həyat yoldaşı Sergey Tixanovskinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.

Donald Tusk bu barədə "Twitter"də bildirib.

"Mən inanıram ki, Avropa İttifaqı Svetlana Tixanovskaya və onun hələ də həbsdə olan həyat yoldaşı Sergeyin namizədliyini Nobel Sülh Mükafatına irəli sürərsə, bu, illər ərzində ən dinc hərəkatda iştirak edən bütün belaruslulara hörmətimizi ifadə edəcək güclü bir mesaj olacaq", Donald Tusk qeyd edib(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR