"Neftçi"nin heyətinə yeni qatdığı futbolçu FIFA-ya şikayət edib 

img

09-09-2020 [17:53]


"Neftçi"nin heyətinə qatdığı Prins İbara Əlcəzairin USM "Aljir" klubunu FIFA-ya şikayət edib. 

Məlumata görə, 24 yaşlı konqolu hücumçu 2018-ci ildə bu klubdan Belçika "Berşot"una keçib.

İbara məvaciblərini ala bilmədiyi üçün FIFA-ya müraciət ünvanlayıb və ali futbol qurumu ilin əvvəlində İbaraya 200 min avro ödənilməsi ilə bağlı qərar çıxarıb. 

Təşkilatın təyin etdiyi tarixdə ödəniş olmadığı üçün USM "Aljir"ə 3 transfer dönəmini əhatə edən qadağa qoyulub.

Qeyd edək ki, Prins İbara "Neftçi" ilə bir illik müqavilə imzalayacaq/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR