Azərbaycanlı qadın "Coca-Cola" şirkətinə baş direktor təyin edilib

img

09-09-2020 [14:50]


Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib.

Mia.az xəbər verir ki, o, sentyabrın 1-dən yeni vəzifəsinin icrasına başlayıb.

"Azərbaycan Coca-Cola Bottlers" Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Coca-Cola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən Coca-Cola İçecek (CCİ) şirkətinin bir hissəsidir. “Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə “Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR