"8 gündür aclıq edən Tofiq Yaqublunun azad olunması üçün danışıqlar aparılır" - Hüquq müdafiəçisi

img

09-09-2020 [14:13]


İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.

Mia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.

O ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq.

Qeyd edək ki, T.Yaqublu Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, bu hökmü qanunsuz sayır və artıq 8 gündür aclıq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub