20 yanvar qazisi Novruz Dadaşov vəfat edib

img

09-09-2020 [10:58]


20 yanvar qazisi Novruz Dadaşov vəfat edib.

Mia.az xəbər verir ki, 1959-cu ildə Neftçala rayonu Qoltuq kəndində anadan olan Dadaşov Novruz Allahverdi oğlu 25 yanvar 1990-cı ildə Rus-sovet hərbi birləşmələri tərəfindən Neftçalada törədilən qanlı cinayətlər zamanı ağır güllə yarası almışdı.

Novruz Dadaşov 1 qrup 20 yanvar əlili, Prezident təqaüdçüsü idi. 

O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb.

2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR