Etibar Məmmədov Ramiz Mehdiyevlə birgə fotosundan danışdı: "O, yaxşı bilməliydi ki, gərək yıxılmayasan..." - FOTO
08-09-2020 [21:23]
AMİP lideri etibar Məmmədov AMEA prezidenti Ramiz Mehdiyevlə keçmişdə görüşü barədə Moderator.az-a maraqlı açıqlamalar verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Etibar bəy, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə tanışlığınız nə vaxtdan başlayır?
- Ramiz Mehdiyevi Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin katibi işlədiyi dövrdə qiyabi tanımışam. Ondan sonra isə 1990-cı illərin ortalarında o, Prezident Administrasiyasında işləyən zaman siyasi proseslərlə bağlı müəyyən görüşlərimiz olub. Yəni şəxsi, yaxın münasibətlərimiz olmayıb... Başqa mənim onunla nə münasibətim ola bilər ki?..
- Saytlardan biri guya sizin də Ramiz Mehdiyevin nəvəsinin “məşhur” toyunda iştirak etməniz barədə məlumat yayıb.
- (Gülür) Xəbərim yoxdur bu yazıdan... İndi sizdən eşidirəm...
- Xəbər bir foto ilə müşayiət olunur. Fotoda siz cavan yaşınızdasız... Restorana bənzər bir məkanda Ramiz Mehdiyevlə görüşürsünüz, əl sıxırsınız. Ramiz Mehdiyevin arxasında Prezidentin sabiq köməkçisi Əli Həsənov dayanıb... Amma montaja oxşamır. Bəlkə yadınıza düşər, nə vaxtsa, hardasa belə bir görüşünüz olub Ramiz Mehdiyevlə?

- Hə... Yadıma düşdü... 1990-cı illərdə bir dəfə Ramiz Mehdiyev və Əli Həsənov partiyamızın bir tədbirində iştirak edib... Səhv etmirəmsə, 1995-ci il idi... Yox, dəqiq xatırladım – 1997-ci ildə... AMİP-in yaranmasının 5 illiyi ilə bağlı “Sinema-klub” deyilən bir məkanda keçirilmişdi o tədbir...
- Ramiz Mehdiyev və Əli Həsənovu siz özünüz dəvət etmişdiniz, yəqin ki?
-Bəli, digər iştirakçılar kimi, Ramiz Mehdiyev və Əli Həsənovu da Prezident Administrasiyasının nümayəndələri kimi özümüz dəvət etmişdik... Həmin tədbirə müxalifətli-iqtidarlı əsas siyasi sferanın nümayəndələri qatılmışdı. Yəni həm YAP rəhbərliyi, həm Müsavat, həm Xalq Cəbhəsi və s. Hətta o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olan İlham Əliyev də iştirak etmişdi bizim yubileyimizdə...
- Etibar bəy, ümumiyyətlə, bu məlum toy əhvalatından sonrakı ictimai-siyasi proseslərə necə yanaşırsız?
- Toy olub. Allah o gəncləri xoşbəxt eləsin. Digər məsələlər barədə mən heç nə demək istəməzdim. Ancaq orada inzibati pozuntular olub və onlara görə cəzalar da verilib. Ramiz Mehdiyevin özünün yaratdığı komandanın üzvləri özünə hücuma keçir. O da yaxşı bilməliydi ki, həmin sistemdə gərək yıxılmayasan, yıxıldınsa, hamı baltalayacaq səni. Yəni Ramiz Mehdiyev özünün yaratdığı sistemin cəfasını çəkir...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub