O, həmin saatdan istəyirdi..." -  ANS-in bağlanması haqda şok iddia

img

08-09-2020 [18:14]


“Yaxşı ki, Əli Həsənovu işdən çıxardılar. Mənim ondan zəhləm gedirdi. ANS-ə təzyiqləri çox idi”.

Mia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında ANS Şirkətlər Qrupu prezidentinin müşaviri, əməkdar jurnalist Mais Məmmədov Prezidentin sabiq köməkçisi Əli Həsənovun adıçəkilən televiziya kanalını ələ keçirə bilmədiyi üçün onu bağlatdırdığı haqda ANS-çi Sevda Həsənovanın açıqlamasına münasibət bildirərkən deyib.

Mais Məmmədov bildirib ki, bu yayılan xəbərlər tamamilə həqiqəti əks etdirir:

“O məlumat əhatəlidir və əlavəyə ehtiyac yoxdur. Mən sizə yalnız bircə fakt deyəcəyəm: dörd-beş il bundan qabaq biz Prezident İlham Əliyevi “İlin adamı” seçmişdik. Həmin vaxt mükafat təqdim ediləndə bir də saat bağışlamışdıq. Əli Həsənovun da həmin saata gözü düşüb, bəyənmişdi. Dörd dəfə Vahid Mustafayevə yaxınlaşıb və deyib ki, məndə belə saat yoxdur. Bu, mənim yanımda olub. Yəni, həmin saatdan istəyirdi. Təkcə o saatdan yox, çox şey istəyirdi. Əli Həsənov ANS televiziyasını ona görə bağlayıb ki, öz oğluna reklam gətirsin. Həmin vaxt Əli Həsənovun oğlu Xəzər Televiziyasına rəhbərlik edirdi”.

Qeyd edək ki, Əli Həsənovun ANS-i bağlatdırma səbəbi ilə bağlı Sevda Həsənovanın (Böyük Seva) sensasion açıqlaması yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR