“Xaliq Faiqoğlu" xəstə sürücünü sərnişindaşıma xəttinə buraxıb

img

08-09-2020 [18:09]


“Xaliq Faiqoğlu şirkətinə məxsus 79 nömrəli (10TH247) avtobusun sürücüsü qripdir və bu vəziyyətdə xəttə buraxılıb”.

Bu haqda jurnalist İlhamə Əli sosial şəbəkədə məlumat yayıb.

Bildirib ki, hadisəni bu gün müşahidə edib: ““BNA və Xaliq Faiqoğlu şirkəti hər gün sürücülər təbii müayinədən keçir, avtobuslar dezinfeksiya olunur” demələri filfilo söhbətdir. Dayanmadan asqıran, burnunun kənarları qıpqırmızı, gözləri qızdırmadan axan sürücüyə deyirəm ki, bu vəziyyətdə niyə iş başındasınız? Axı sərnişinləri yoluxdurursunuz, maskanız da çənədə.

Deyir ki, bu gün səhər belə olmuşam, sabahdan çıxmayacam işə. Sabaha kimi bu avtobusdan istifadə edənləri Allah qorusun”.

***

Məsələyə münasibət bildirən Xaliq Faiqoğlu şirkətindən “Yeni Sabah”a bildirilib ki, yayılan xəbərlə bağlı şirkət tərəfindən dərhal həmin avtobus xətdən kənarlaşdırılıb və sürücü Rafael İsgəndərov tibbi müayinəyə cəlb edilib: “Müayinə zamanı sürücünün bədən temperaturunun yüksək olmaması (36,1) müəyyən edilib, həmçinin onda kəskin respirator virusun səbəb olduğu hər hansı xəstəlik aşkarlanmayıb. Sərnişinə göstərdiyi diqqətə və həssaslığa görə təşəkkür edirik. Həmçinin bildirmək istəyirik ki, bütün sürücülər səhər işə başlamazdan əvvəl tibbi müayinədən keçirilir”


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR