Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının rəsmiləri ilə görüşüb

img

08-09-2020 [10:45]


AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının (CFA) rəsmiləri ilə görüşüb. 

Mia.az xəbər verir ki, görüşə CFA prezidenti Giorqos Kumas da qatılıb. Kumas Məmmədova UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan matçının vimpel və xatirə hədiyyəsini təqdim edib. 

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR