Əli Əsədov tenderlərlə bağlı qərara dəyişiklik etdi - Detallar
07-09-2020 [22:26]
Nazirlər Kabineti “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli Qərarında dəyişiklik edib.
Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən, indiyədək satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edirdi.
Yeni qərarla satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər), o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edəcək.
Dövlət satınalmalarında iştirak etmək istəyən yerli malgöndərən satınalan təşkilata təqdim etdiyi tender təklifinə malının yerli olmasını təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədini əlavə edir.
Bununla yanaşı, dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı tender təklifində isə Azərbaycan Respublikası Prezidentinin fərmanının nömrə və tarixi qeyd ediləcək və belə fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti tender təklifinə əlavə ediləcək.
Bu Qərarın 2-ci və 3-cü hissələri 2020-ci il iyunun 1-dən 5 (beş) il müddətinədək qüvvədədir.
Musa Qurbanlının toy məclisi: şənlik bitdi, söz-söhbət bitmədi - "Toyda musiqinin olmaması hansı dinin və hansı millətin adətidir?"
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb - Ofislər, avtomobil qarajı üzərinə həbs qoyulub və...
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verildi
6 ölkənin xüsusi təyinatlı qüvvələri Azərbaycanda: birgə təlim...
Qubada 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istəyiblər
XOCALININ DAHA BİR KƏNDİNƏ İLK KÖÇ OLUB
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“1992-ci ildə istefa verəndə Heydər Əliyevə zəng vurdum…” – Həsən Həsənovdan maraqlı açıqlamalar (VİDEO)
Ən ucuz gediş haqqı 1 manat 44 qəpik... - İstanbulda ictimai nəqliyyatda gediş haqqı 30 faiz artırıldı (QİYMƏTLƏR)
Salyanda 62 yaşlı şəxs güllələnib
Qəzzada ölənlərin sayı 64756 nəfərə çatıb
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - VİDEO
"Artıq Putinə səbrimiz tükəndi" - Trampdan hirsli mesaj
"Differensiallaşdırılmış su tariflərinin tətbiqi planlaşdırılır" - Ekspert rəsmi şəxsin "əsası"nı əsassız saydı
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
Almaniya Rusiya səfirini XİN-ə çağırıb - Etiraz verildi
Premyer Liqa: V və VI turun oyun proqramı açıqlanıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İcra Hakimiyyəti vaxtilə verdiyi sərəncamları indi niyə tanımaq istəmir? - Qalmaqal + AÇQLAMALAR
Bakıda bu yol bağlanacaq
BDU dərs yükü azaldılıb
Kürşat Zorlu Naxçıvana gəlib
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi: girov götürülən azərbaycanlının öldürülməsi və...
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlar dayanıb"
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
İcra Hakimiyyətinin kotirovka sorğusu baş tutmayıb
İsrail ordusu Tulkərimdə 1000-dən çox fələstinlini həbs edib
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
İSRAİL ANKARA VƏ YA İSTANBULU VURA BİLƏR: "Bizimçün qırmızı xətt yoxdur, Türkiyə buna hazırdımı?" - Yəhidi polkovnikdən qorxunc mesaj
“Müğənni Rəqsanə İsmayılovanın işində bir yenilik yoxdur”
Daha bir şəhid dəfn edildi
Göyçayda şəhid dəfn olunub (Yenilənib)
Sabah yağış yağacaq
Baxçalıdan skandal açıqlama: "Mənə qalsa, yarımsaata qapadaram"
Xalq artisti Sərdar Fərəcovun səhhəti barədə açıqlama yayıldı
Serdar Dursun "Kocaelispor"la anlaşıb
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Trabzonspor" Andre Onana ilə bağlı məlumat yayıb
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və... - Məhkəmə rəhbərliyi günahkar bildi
Minimum maaşı 400 AZN olan ölkədə ağır cərimələr: güzəşt niyə azdır? - Zülfüqar Xeyirxəbər yazır
MHP lideri: "Əgər Ərdoğan yenidən Prezident olmaq istəsə..."
MHP sədri kürd əsilli bələdiyyə sədrləri ilə bağlı qərarın dəyişməsini istəyir: "Biri azad edilməli, digəri isə..."
"Bank Respublika" və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb
Qurbanovun oğlunun toyunda nəmər yığılmayıb - VİDEO