"Virusu qorxutmağın, yolunu sizə deyim..." - Təhsil Nazirliyindən şeir

img

07-09-2020 [18:23]


Təhsil Nazirliyi yeni tədris ilində məktəbli uşaqların COVID-19-la mübarizəsinə həsr olunan şeir hazırlayıb.

Mia.az "Dostlar, diqqətli olun" adlı şeirin mətnini təqdim edir:

"Dostlar, diqqətli olun!

Virusu qorxutmağın

Yolunu sizə deyim:

Əllərimi sabunla

Yaxşıca yuyuram mən,

Dərsdə, tənəffüsdə də, 

Spirtləyib silirəm.

Üzümə toxunmuram,

Gözlərimi ovmuram,

Qapının dəstəyinə,

Dostumun kitabına,

Dəftər-qələminə

Əllərimi vurmuram!

Oynasaq, sevinsək də,

Danışsaq da, gülsək də.

İki addım ara var

Həmişə aramızda. 

Soruşun, deyim, niyə?

Çünki belə edəndə

Həm özümü, həm sizi

Düşünüb qoruyuram,

Virusu da qovuram!


Digər xəbərlər
SON XƏBƏRLƏR